Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovanın vəkili: “Qoy rədd olsun”
Gülər Əhmədovanın vəkili: “Qoy rədd olsun”
03 May 2013 / 16:13 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Keçmiş millət vəkili, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə videoqalmaqalında hallandırılan Gülər Əhmədovanın vəkilləri arasındakı qalmaqal böyüyür. Vəkillərdən biri Eldar Qədimi müdafiədən kənarlaşdırılmasını digər vəkil Rafiq Mustafayevlə əlaqələndirib. O, bildirib ki, Gülər Əhmədovanın onun müdafiəsindən imtina etməsi R.Mustafayevin çoxsaylı xahişləri nəticəsində baş tutub.

Raqif Mustafayev isə sabiq deputatın vəkilliyindən kənarlaşdırılan Eldar Qədiminin bu ittihamlarına cavab verib. O, Modern.az-a bildirib ki, hərənin öz səviyyəsi var:
“Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Uzandıqca qır-saqqız olub uzanacaq. Qoy rədd olsun. Nə istəyir onu da danışsın. Hərənin öz səviyyəsi var, ona uyğun da hərəkət edir. Bu məsələyə heç bir münasibət bildirmək istəmirəm. Mən ona qoşulmuram. Onun fəaliyyətinə xitam verilib. Bir daha ondan müsahibə almayın”.

R.Mustafayev də öz növbəsində E.Qədimini G.Əhmədovanın müdafiəsi ilə bağlı heç bir iş görməməkdə və hətta G.Əhmədovanın xahişlərinə baxmayaraq onunla görüşməkdən imtina etməkdə günahlandırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə