Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bəzi KİV-də yayımlanan informasiyalar qərəzlidir”
“Bəzi KİV-də yayımlanan informasiyalar qərəzlidir”
04 May 2013 / 0:45 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

“Bu gün diplomatik korpuslar, beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycan-Ermənistan tərəfini təmas xəttindən snayperləri geri çəkməyə çağırır. Azərbaycan onların bu istəklərini yerinə yetirərsə, növbəti dəfə həmin diplomatik korpuslar, beynəlxalq təşkilatlar təmas xəttindən geri çəkilmək tələbini qoya bilər”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bu gün cəbhə xəttində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfinin birmənalı şəkildə mövqeyi bəllidir və bu məsələ yalnız Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkün ola bilər. E. Sabiroğlu qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır.

E. Sabiroğlu orduda son vaxtlar qeydə alınan itkilərə münasibət bildirib: “Hər bir itki ürək ağrıdır. Ancaq bəzi KİV-də yayımlanan informasiyalar qərəzlidir. Hərbçilərin ailə-məişət zəmində, yol qəzalarında həyatını itirməsini Azərbaycan Silahlı Qüvvələrinin itkisi kimi qələmə vermək düzgün deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə