Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN-dən şeyxin oğurlanan pulları haqda açıqlama
DİN-dən şeyxin oğurlanan pulları haqda açıqlama
04 May 2013 / 10:56 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə:

“Yeni müsavat” qəzetinin 03.05.2013-cü il tarixli sayında “Şeyxin obyektindən böyük oğurluq” sərlövhəli məqalədə Beyləqanda “Cərciz Peyğəmbər” pirindən yüz min manatdan çox nəzir oğurlanması barədə yayılmış xəbər çox şişirdilmiş məlumatdır və əslində bu, baş vermiş cinayət nəticəsində oğurlanmış məbləğdən dəfələrlə çoxdur. Cari il aprelin 30 da Beyləqan şəhəri «Cərciz Peyğəmbər» Ziyarətgahı icmasının sədri Cəfərqulu Quliyev Beyləqan RPŞ-yə müraciət edərək aprelin 29-dan 30-na keçən gecə naməlum şəxslər tərəfindən ziyarətgahdan oğurluq edildiyini bildirmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən aprelin 29-dan 30-na keçən gecə naməlum şəxslər Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində yerləşən «Cərciz Peyğəmbər Ziyarətgahı»nın pəncərəsindəki metal barmaqlığı kəsərək içəriyə daxil olmuş, daxildəki sərdabəni açıb ziyarətgaha məxsus 1000 manat pul vəsaitini oğurlamışlar. Toplanmış materiallar əsasında fakta görə Beyləqan RPŞ-də CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Polisin daha çox Cəfərqulu Quliyevdən şübhələnməsi barədə məqalədə yer almış məlumat da həqiqətdən uzaqdır. Xatırladırıq ki, sözügüdən cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmış, oğurluğu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə