Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK 13 rayonda imtahan keçirir
TQDK 13 rayonda imtahan keçirir
06 May 2013 / 11:08 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

İmtahanlar V və XI sinif şagirdləri arasında keçirilir

Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ölkənin daha 13 rayonunda ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir. Verilən məlumata görə, monitorinq imtahanları mayın 6-sı, 7-si və 8-i Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında aparılacaq. İmtahanlarda 4386 XI sinif, 5935 V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulub. Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər.

Azərbaycan bölməsinin V sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 8-də rus dili fənnindən imtahan verəcəklər.

İmtahan XI siniflər üçün saat 10:00-da, V siniflər üçün isə 12:00 başlanacaq. Monitorinq imtahanı XI siniflər arasında 119, V siniflər arasında isə 182 məktəbdə keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə