Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran rəsmi Bakının notasına cavab vermir
İran rəsmi Bakının notasına cavab vermir
06 May 2013 / 12:03 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Azərbaycan XİN İran KİV-də Azərbaycan vətəndaşlarının saxlanılması barədə yayılan, rəsmi şəkildə təsdiqlənməyən məlumatları şərh etmək niyyətində deyil. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan XİN nümayəndəsi Elman Abdullayev bildirib.

İran KİV tərəfindən ötən həftə İranda hüquq mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şərqşünas alim Xalidə Xalidin casusluqda ittiham olunduğu barədə məlumat yayılıb.

Elman Abdullayevin sözlərinə görə, İran tərəfi Xalidə Xalidin saxlanılması və onun yeri haqqında Azərbaycan tərəfinin notasına cavab verməyib. O vurğulayıb ki, Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğu ölkə XİN-in tapşırığı əsasında bu istiqamətdə işlər aparır.

“Bizim vətəndaşlarımızın taleyi Azərbaycan XİN üçün prioritetdir və ölkə öz vətəndaşlarının hüquqlarını təmin etmək üçün əlindən gələni edəcək. Ümid edirik ki, İran XİN Xalidə Xalidin saxlanılması barədə bizi məlumatlandıracaq”, – Abdullayev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə