Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şamxal Hüseynov azadlığa buraxılmayıb
Şamxal Hüseynov azadlığa buraxılmayıb
06 May 2013 / 12:49 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

 Nicat Hüseynov qardaşından heç bir xəbərin olmadığını deyir

İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılmayıb. Şamxal Hüseynovun qardaşı Nicat Hüseynov məlumat verib. Onun sözlərinə görə, qardaşı Şamxal Hüseynov mayın 2-də saat təxminən 18 radələrində həyat yoldaşı Fatimə Hüseynova ilə danışıb. O, azadlığa buraxıldığını və Bakıya gələcəyini deyib.

“Qardaşım həyat yoldaşı ilə telefonda çox qısa danışıb. O, mayın 2-də saat 6 radələrində zəng etmişdi. Heç anamla da danışmağa imkan verməyiblər. Yoldaşına azadlığa buraxıldığı deyib. Lakin bu gün ayın 6-dır Şamxal isə yoxdur. Onun telefonuna da zəng çatmır”, – deyə Şamxal Hüseyovun qardaşı Nicat Hüseynov bildirdi.

Qeyd edək ki, bir neçə gün bundan öncə İran XİN məlumat yayaraq bildirmişdi ki, Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda – qanunla qadağan edilmiş şəxslərlə görüşməkdə ittiham edilirlər.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun rici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETELAAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

arxiv.bizimxeber.az



Şamxal Hüseynov azadlığa buraxılmayıb yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə