Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Evimizdə səssiz terror
Evimizdə səssiz terror
06 May 2013 / 17:49 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Son 2-3 ildə üz-gözümüz öyrəşən xəbərlərin ən populyarları: Filankəs filankəsi öldürdü, zorladı, ailə-məişət zəminində arvad ərini, ya da əksinə, ər arvadını qətlə yetirdi. Ata azyaşlı qızını zorladı. Bir qadın dörd kişinin zorakılığına məruz qaldı. Dostunun arvadı ilə cinsi əlaqədə oldu. Filankəsin cinsi orqanını kəsib, özünü yandırıblar. Ata arvadını və qızını baltaladı. Nəvə nənəsini öldürüb, sonra evi yandırdı…

Xəbərlərə imitasiyalar, effektlər və musiqi, hətta şəkillər də əlavə edilir ki, cəlbedici olsun.

Bəzən də sakit bir stənd-ap: “Filan rayonda adamı öldürüb, həyətində basdırıblar. Faktla bağlı cinayət işi açılıb”. Fonda nə olsa yaxşıdı? Cəsədin basdırıldığı yerdən çıxarılması üçün iş gedir. Yeri gəlmişkən, bu xəbərləri hazırlayanlar da ciddi sarsıntılar yaşayırlar. Məsələn, hadisəylə bağlı məlumat alan həmkarlarımdan birinin reaksiyasına şahid olmuşdum. Reaksiya eyniylə belə idi: “Əla. Ölən var. Bomba!”

Başqa bir həmkarım yerli telekanallardan birində kriminal xəbərlərdən bəhs edən verilişə redaktorluq edirdi. Bir dəfə qayıtdı ki, “lap dəli kimi olmuşam. Evdə də, çöldə də hamıdan çəkinirəm, şübhələnirəm”. Sonra eşitdim ki, o verilişdən uzaqlaşıb, əsəbləri tab gətirməyib.

Bu çeşid xəbərlərin siyahısını bir az da uzatmaq olar. Son üç-dörd ildə bizi belə imtahan eləyirlər, ya da psixoloji terror, demək çətindi…

İki gün öncə qardaşın bacısını zorlaması faktlarını əks etdirən xəbərlərdən birinə təsadüfən mənimlə birgə baxan 9 yaşında oğlum soruşdu ki, “sənin iş yoldaşların nə deyirdi? (KİV-də işləyənlərin hamısını mənim iş yoldaşlarımdı onun fikrincə – J.S). Qardaşı bacısına neyniyib ki, polis onu tutub?” Özündən kiçik iki bacısıyla tez-tez dalaşmaları yadıma düşdü. Sevindim ki, qurtulmuşam. Dedim, dalaşıblar. Onda da “biz də dalaşırıq, bizi nə vaxt göstərəcəklər? Polis bizə nə vaxt gələcək?” soruşdu… Heç nə deyə bilmədim.

Amma anladım ki, deyəsən, bu xəbərləri ictimailəşdirməkdə maraqlı olanlar udmaq üzrədilər. Biz, baxıb susanlar, “namussuz, biqeyrət, yazıq, fağır” və s. kimi populist, bəlkə də refleksiv reaksiyalar verənlərsə uduzmaq.

Yəni artıq məsələ o qədər qabardılır ki, azyaşlı uşaqlarda sual, hətta polisin evə gəlməsi üçün növbə gözləmək marağı yaranıb.

Bu gün 1, sabah 4, o biri gün 15 olur ağır cinayətlərlə bağlı xəbərlər. Qulaq eşidir, göz görür, alışqanlıq, həm də maraq yaranır. Sonra da hamı bir-birinə inam etibarını itirir, qarşısındakından hər şey gözləyir. Yəni uzaqlaşırıq insanlıqdan, adamlıqdan, ən əsası vətəni sevən bir vətəndaş olmaqdan, həm də mərhələli şəkildə heç xəbərimiz olmadan. Bu isə artıq terrordu. Evimizə sakitcə, səssiz girən bir terror. Ağıllı və planlı şəkildə düşünülmüş bir iş yəni. Və bu ölkənin gələcəyini əlindən almağa yönəlib…

Hələlik buna bir təxəyyülün məhsulu deyək. Amma reallığa yaxın sayıb, həm də özümüzü qorumağı bacaraq. Çıxış yolumuz birdi. Bu qəbil informasiyaları yığışdıraq ki, özümüzü qoruyaq, gələcəyimizi sığortalayaq.

Heç kimə “sovetlər vaxtında belə şeylər yox idi”, “Avropada bunu eləmək olar?” kimi nostalji və ya həsəd hissi keçirməyə imkan verməyək…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə