Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucarda borc qalmaqalı davam edir
Ucarda borc qalmaqalı davam edir
06 May 2013 / 18:22 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Bir müddət öncə deputat Elton Məmmədovla Ucarın Qaz İdarəsi rəisi arasında olan qalmaqallı borc məsələsi haqda yazı dərc etmişdik. Bu gün redaksiyamıza daxil olan daha bir məlumata görə, artıq bu borc məsələsi sakinlərin cibindən yığılan pullar hesabına qapanmaq üzrədir.

Xatirladaq ki, Elton Məmmədov idarə rəisindən 50 min borc alsa da sonradan onu qaytarmayıb. Məsələnin ilginc tərəfi o olub ki, bu borc verilən məbləğ məhz idarə üçün ayrılmış pul olub. Bunun nəticəsi olaraq uzun müddətdir ki, ucarlılar qaz üzünə də həsrət qalmışdılar. Bir qrup Ucar sakinindən redaksiyamıza daxil olan şikayət məktubunda da qeyd olunmuşdu ki, rayonun ətrafında olan yaşayış massivləri bir yana, mərkəzi küçələrdə belə qaz verilişi ilə bağlı problem yaranıb. Bunu idarədə bəzi xətlərin hələ də təmirsiz qalması ilə əlaqələndirirlər ki, bu səbəbdən də qaz itkisi olmasın deyə əhaliyə fasilələrlə qaz verilib: “Bəzən isə qaz əvəzinə borulardan hava gəlir. Bu da boş yerə əlavə qaz pulu ödənilməsi ilə nəticələnir. Rayonda hamı bilir ki, qaz idarəsinin rəisi Elşən Həsənov millət vəkilinə məclislərin birində 50 min manat borc pul verib. Deputatın nazir qardaşından çəkinən rəis o pullardan əlini üzərək indi sözügedən məbləği camaatdan çıxarmaq istəyir”-deyə şikayətdə vurğulanırdı.
Artıq bəlli olub ki, xeyli sayda qaz boruları təmirə dayansa da hələ də ciddi işlər görülməyən Ucarda borcla bağlı məsələ qapanmış sayılır. Çünki əhaliyə qaz verişində fasilələr aradan qalxıb. Amma yeni problem yaranıb ki, bu da yeni sayğacların quraşdırılmasında inanılmaz məbləğin istənilməsidir.

Bundan başqa idarə rəisi icra başçısının toplantılarının birində də sərt tənqid edilib. Rayonun rəhbəri bildirib ki, “Ucarda ən çox problem olan sahə qazdır. Bu da özbaşınalığın və hansısa maliyyə problemlərinin nəticəsidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə