Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Polkovnikin xəzinəsi”
“Polkovnikin xəzinəsi”
07 May 2013 / 15:00 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni filmin istehsalına start verilib. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək filmin rejissoru Əməkdar incəsənət xadimi Fikrət Əliyev, ssenari müəllifi yazıçı İlqar Fəhmidir.

Rejissor Fikrət Əliyev ssenarinin yazılması ilə bağlı maraqlı əhvalatı danışdı: “Filmin ideyası yarananda fikirləşdim ki, ssenarinin daha maraqlı alınması üçün müşahidəyə ehtiyac var. Bu səbəbdən 10 gün Bilgəhdəki “Qocalar evi”nin “sakin”inə çevrildim. Sözsüz ki, ora nə məqsədlə gəldiyimi baş həkimdən başqa heç kim bilmirdi. Hamı məni adi sakin kimi qəbul edirdi, insanlarla təmasda olurdum, öz dərd-sərlərini mənimlə paylaşırdılar. Orada tərtib etdiyim gündəliyi gətirib İlqar Fəhmiyə verdim və ssenariyə əlavə etdik”.

P.Əliyeva
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə