Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

”Məhərrəm Əliyev əsgər anasını döydürəcək tərbiyənin yiyəsi deyil”
”Məhərrəm Əliyev əsgər anasını döydürəcək tərbiyənin yiyəsi deyil”
07 May 2013 / 15:18 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4
arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri Qarabağ müharibəsinin iştirakçısı Nurəddin Xoca son günlər mətbuatda əsgər anasının Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev tərəfindən döydürülməsi ilə bağlı gedən yazılara facebook sosial şəbəkəsində münasibət bildirirkən qeyd edib.
“Mən onu 1992-ci ildən tanıyıram və onun tərəfindən belə bir addımın atılması mümkün deyil. Bu nə mitinq, nə iqtidar, nə də müxalifət söhbəti ki, orda hansısa güc işlətməyə lüzum olsun. İnanmıram ki, Məhərrəm Əliyev anaya özüdə, oğlu hərbi xidmətdə dünyasını dəyişən bir anaya hansısa artıq əskik hərəkət etsin.
Bu mümkün deyil. İctimaiyyəti boş-boş fikirlərlə aldatmaq lazım deyil. Bu ona qarşı aparılan çirkin bir kampaniyanın tərkib hissəsidir və yazılardan da açıq – aydın görünür”, – deyə Qarabağ döyüşçüsü facebook profilində yazıb.
Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə