Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev telekanallara şərt qoydu
Rövnəq Abdullayev telekanallara şərt qoydu
07 May 2013 / 17:23 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

ARDNŞ prezidenti Rövnəq Abdullayev telekanallara şərt qoyub. Belə ki, bundan sonra telekanallarda şirkətin tədbirlərindən geniş reportaj yayımlanmasa, Rövnəq Abdullayev onlara hər hansı məsələykə bağlı açıqlama verməyəcək.

AzNews.az-a daxil olan məlumata görə, bu barədə artıq telekanalların rəhbərliklərinə də xəbərdarlıq edilib. R. Abdullayevin telekanallara qarşı bu münasibətinə səbəb son zamanlar şirkətin tədbirlərindən geniş süjetlərin təqdim edilməməsi və mətbuat nümayəndələrinin əsasən R.Abdullayevin açıqlamaları ilə kifayətlənməsi olub.

Buna görə də ARDNŞ rəhbərliyi telekanallara ancaq tədbirlərdən geniş reportaj müqabilində R.Abdullayev tərəfindən açıqlamalar veriləcəyini bildirib.

O, mətbuata həmişə açıq adam olduğunu, istənilən telekanala vaxtı-vaxtına müsahibələr verdiyini önə çəkərək, tədbirlərinin lazımı səviyyədə işıqlandırılmamasından narazılıq edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə