Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədova prezidentdən cavab gözləyir
Gülər Əhmədova prezidentdən cavab gözləyir
07 May 2013 / 17:25 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ev dustaqlığına buraxılması haqqında prezidentə ünvanladığı müraciətə cavab gözləyir.

Xatırladaq ki, mayın 13-də G.Əhmədova barəsində seçilmiş 3 ay həbs-qəti imkan tədbirinin müddəti bitir.

“Dünən müvəkkilimin yanında olmuşam. İstintaq hələ ki davam edir. Səhhətində problemləri var. Həkim nəzarəti altındadır. Əsəbləri pozulub, baş gicəllənməsi var, ürəyi ağrıyır”.

Bunu Modern.az-a Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib. Onun sözlərinə görə, Gülər Əhmədovanın ev dustaqlığına buraxılması ilə bağlı prezidentə müraciətə isə hələ ki cavab verilməyib. “Hələ ki bu müraciətə heç bir cavab yoxdur. Gözləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl ölkə prezidentinə, Milli Məclisə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş Prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova istintaqda heç bir prosessual hərəkət qaydalarının aparılmadığı və Gülər Əhmədova haqqında qərəzli həbs-qəti imkan tədbiri seçildiyi barədə müraciət edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə