Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oqtay Şirəliyev: “4000 nəfər işlə təmin edilib”
Oqtay Şirəliyev: “4000 nəfər işlə təmin edilib”
07 May 2013 / 17:31 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

“Heydər Əliyevin uzaqgörənliyi ilə səhiyyədə ən vacib məsələlərdən biri olan yoluxucu xəstəliklərin qarşısının alınması üçün bir çox beynəlxalq qurumlar, müxtəlif fondlar bu işə cəlb olundu və şəxsən özü ilk vaksinasiya işində iştirak etdi”. Lent. az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfransda bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. O cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparılıb, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edilib: “O illərdə bu sahədə ən diqqətəlayiq hadisə olan Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə Heydər Əliyevin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü olub. Onun ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan “Özəl tibb fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsidir. Özəl səhiyyə sisteminin tətbiqi tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açıb. Xüsusi mülkiyyətdə olan tibb müəssisələrində 10 min nəfərədək işçi, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edilib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə