Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Direktorun həbs müddəti uzadıldı
Direktorun həbs müddəti uzadıldı
07 May 2013 / 17:41 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru və digər 3 əməkdaşı barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu gün Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı istintaq orqanının verdiyi vəsatət təmin olunaraq saxlanılan şəxslərin barələrində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Proses texnikanın imkanlarından yararlanmaqla, mötəbər sübutlar yaradılaraq, aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə