Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə səfirliyi saxta qəbul xəbərdarlığı etdi
Türkiyə səfirliyi saxta qəbul xəbərdarlığı etdi
07 May 2013 / 17:48 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Türkiyə Azərbaycandakı Səfirliyi Türkiyə universitetlərində öz imkanları ilə təhsil almaq istəyən namizədlər və onların valideynlərinə müraciət edib.
Səfirlikdən arxiv.bizimxeber.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, 2010-cu ildən etibarən Türkiyə universitetlərinə tələbə qəbulu, universitetlər tərəfindən müəyyən edilən və Ali Təhsil Şurasının təsdiq etdiyi şərtlərlə aparılır. Bu çərçivədə hazırda bəzi universitetlər öz imtahanlarını keçirir, bəzi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanı ballarına əsaslanır, bəziləri isə orta məktəb diplomu qiymətləri və tələbələrin beynəlxalq imtahanlardan topladığı balları diqqətə alır: “Son zamanlar ölkədə təhsil almaq istəyən tələbələrin və tələbələri bu məsələdə dəstəkləyən məsləhətçi təhsil şirkətlərinin sayı artmaqla yanaşı səfirliyə bəzi şikayətlər və müraciətlər daxil olmaya başlayıb. Bəzi məsləhətçi təhsil şirkətlərinin, Türkiyənin prestijli universitetlərinə imtahansız və yüksək qeydiyyat haqqı ödəməklə sadəcə, orta məktəb diplomu ilə tələbə qəbulunu təmin etdiklərini bəyan etdikləri məlum olub. Bu məsələ ilə bağlı aparılan tədqiqatdan və səfirliyə daxil olan şikayətlərdən, həmin şirkətlərin tələbələrə bəzi tanınmış ali təhsil müəssisələrində mövcud olmayan və imtahanla qəbul keçirilən bölümlərə diplom qiymətləri əsasında yerləşdirməyi söz verdikləri, bu vədin qarşılığında valideynlərdən 10000 manat kimi yüksək məbləğlər aldıqları öyrənilib. Şirkətlərdən bəzilərinin isə Türkiyə dövlətinin xarici tələbələr üçün təmin etdiyi bir fürsət olan “Türkiyə Təqaüdləri”ni qazandırmağa qarantiya verdikləri, valideynləri və tələbələri buna bənzər yalan bəyanlarla aldatdıqları müəyyən edilib.

Səfirlik yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısının alınması üçün tələbələrin və valideynlərin aidiyyəti universitetlərin qeydiyyat şərtlərini universitetlərin internet saytları və telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq təsdiq etmələri, saxta qəbul sənədləri məsələsində diqqətli olmaları və yenə bu sənədlərin düzgünlüyünü aidiyyəti universitetlərdə təsdiq etmələri, mümkünsə universitet təhsil haqqı və şəhərcikdə qalış haqları kimi məsrəfləri Türkiyəyə gəldikləri zaman birbaşa aidiyyəti universitet orqanlarına ödəmələrini məqsədəuyğun hesab edir”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə