Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Abbasov Tahsin Yılmazı qəbul edib
Əli Abbasov Tahsin Yılmazı qəbul edib
08 May 2013 / 11:28 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin telekommunikasiya şirkəti olan «Türk Telekom»un baş direktoru Tahsin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, görüşdə nazir bildirib ki, son dövrlər «Türk Telekom» şirkəti tərəfindən müasir texnologiyaların tətbiqi və yeni xidmətlərin bazara təqdim edilməsi sahəsində görülən işlər digər ölkələr üçün də nümunədir. Ə.Abbasov iki ölkə arasında mövcud qardaşlıq və strateji əməkdaşlığın gücləndirilməsində İKT-nin, o cümlədən “Türk Telekom”un özünəməxsus payı olduğunu vurğulayıb.

Öz növbəsində Azərbaycanda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən T.Yılmaz Azərbaycanda yerli kontentin formalaşdırılması, telekommunikasiya şəbəkəsinin genişlənməsi, yeni xidmətlərin təqdim edilməsi sahəsində öz təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını vurğulayıb.

T.Yılmaz həmçinin Türkiyənin «elektron hökumət», «elektron səhiyyə», «elektron təhsil» və s. istiqamətlərdə apardığı işlərə də toxunaraq, Azərbaycanın təhsil sahəsində «Türk Telekom»un «Vitamin» təhsil proqramının lokallaşdırılmasının müsbət təcrübə olacağını qeyd edib.

“Türk Telekom”un Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) Konsorsiumunun formalaşmasında ilk operatorlardan biri olduğunu da xatırladan T.Yılmaz layihənin gerçəkləşməsinin Avropa ilə Çin arasında elektron ticarətin, internet kontentlərinin inkişafına gətirib çıxaracağına, bunun isə türkdilli ölkələr, xüsusən də Türkiyə ilə Azərbaycan üçün faydalı olacağını söyləyib.

«Türk Telekom»un bu istiqamətdə bütün iqtisadi imkanlarını səfərbər edəcəyini də deyən T.Yılmaz gələcəkdə bununla bağlı Orta Asiya ölkələri ilə aparılan danışıqların intensivləşdiriləcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə