Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayram Səfərov Qarabağın erməni icmasına müraciət etdi
Bayram Səfərov Qarabağın erməni icmasına müraciət etdi
08 May 2013 / 13:15 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

“Buradan Dağlıq Qarabağın erməni icmasına müraciət edirəm. 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşayan ermənilər orada öz yaşayışlarını davam etdirə bilərlər. Buna onların hüquqi baxımdan haqqı var. Çünki Azərbaycan vətəndaşlarıdır. Ancaq bunun üçün onlar Azərbaycan vətəndaşlığını rəsmi və hüquqi baxımdan qəbul etməlidirlər”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov verib. O deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə birlikdə yaşamaq istəməyən və ölkə vətəndaşlığını qəbul etməyən ermənilər buradan köçə bilərlər: “Çünki biz öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq mövqeyimiz birdir. Biz öz doğma yurdumuza qayıtmalıyıq və ərazilərimiz Ermənistan Silahlı Qüvvələrinin işğalından xilas olmalıdır. Əlbəttə, hazırda işğal faktının sülh yolu ilə aradan qaldırılması istiqamətində danışıqlar gedir və Azərbaycan beynəlxalq normalarla bu problemi həll etmək istəyir. Əgər işğal faktı aradan qaldırılmazsa, Azərbaycanın indiki iqtisadi və hərbi imkanları ərazilərimizin azad olunmasına hər hansı bir məhdudiyyət yaratmır”.

O qeyd edib ki, istənilən halda Azərbaycan xalqı ərazilərinin gələcək taleyi haqda özü qərar verməlidir. Zəruriyyət yaranarsa ərazilərimizi hərbi yolla aradan qaldıracağıq: “Ermənilərin işğal prosesini uzatmaqda davam etməyə çalışmaları isə təbiidir. Bununla onlar hərbi əməliyyatlar zamanı törətdikləri cinayət əməllərini ört-basdır etməyə çalışırlar”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə