Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədəniyyətlərarası dialoq üzrə II Ümumdünya Forumunun proqramı məlum olub
Mədəniyyətlərarası dialoq üzrə II Ümumdünya Forumunun proqramı məlum olub
08 May 2013 / 15:23 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4
Bakıda keçiriləcək Mədəniyyətlərarası dialoq üzrə II Ümumdünya Forumunun proqramı məlum olub.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək forumun əsas tərəfdaşları YUNESKO, BMT-nin Sivilizasiyalararası Alyansı, Avropa Şurası, İSESCO və Ümumdünya Turizm Təşkilatıdır.

Tədbirin təntənəli açılış mərasimi mayın 30-da keçiriləcək. Mərasimdə “Gələcəyi birlikdə necə quraq?”, “Mədəni müxtəlifliliyə necə dəstək verməli”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərin hibridliliyi”, “Turizm – mədəniyyətlər arasında qarşılıqlı anlaşma və dözümlülüyün əsas faktoru kimi” və “İnanc və elm vasitəsilə mədəniyyətlərarası dialoq” mövzusunda panellər keçiriləcək.

İyunun 1-dək davam edəcək Forumda beynəlxalq strukturların rəhbərləri, yüzdən artıq nazir, alim, ekspert, mədəniyyətlərarası dialoq məsələlərini araşdıran mərkəz rəhbərləri iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan prezidentinin himayəsi altında keçirilən bu forum iki ildə bir dəfə baş tutur. İlk belə forum 2011-ci il mayın 27-də keçirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə