Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Edamdan son anda qurtuldu-ŞOK-FOTO
Edamdan son anda qurtuldu-ŞOK-FOTO
08 May 2013 / 17:17 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında İranda edam səhnəsi zamanı maraqlı hadisə yaşanıb. “Mehr” xəbər agentliyinə verdiyi məlumata görə, Xorasan Rəzəvi vilayətinin mərkəzi Məşhəd şəhərində əhalinin gözü qarşısında Vəhid Zare adlı bir məhbus barəsində çıxarılmış ölüm hökmü icra edilib. Lakin məhbus dar ağacından asılı vəziyyətdə qaldıqdan bir müddət sonra edam cəzasının icrası dayandırılıb və bununla da V.Zare son anda ölümdən xilas olub. Buna səbəb Babək Şakofte adlı hərbçini qətlə yetirməkdə günahlandırılan məhbusu mərhumun valideynlərinin bağışlaması olub.

Qeyd edək ki, İranın Qəzvin vilayətində 1 nəfərə əhalinin gözü qarşısında şallaq cəzası icra edilib. Ad və soyadı açıqlanmayan 24 yaşlı məhbus Qəzvinin Abyek qəsəbəsində maşınların qarşısını kəsib soyğunçuluq etməkdə günahlandırılıb. Qərar Abyekin Ziyaran kəndinin əsas meydanında icra edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə