Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Abbasov Bərdədə
Əli Abbasov Bərdədə
08 May 2013 / 17:31 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bərdədə bu rayondadan və qonşu rayonlardan gəlmiş vətəndaşları qəbul edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, çox yaxın gələcəkdə respublikanın bütün yaşayış məntəqələri dünya standartlarına cavab verən yüksək sürətli internetlə təmin ediləcək.

Ə.Abbasovun sözlərinə görə, Qarabağ bölgəsindən olan müraciətlərin əksər hissəsi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması nəticəsində insanların iş yerlərinin itirilməsi ilə bağlıdır: “Məcburi köçkünlər arasındakı rabitəçilərin bəzilərini biz yaxın rayonlarda işlə təmin edirik. Bəzilərinə isə tam həcmdə əməkhaqqı verə bilməsək də, müəyyən miqdarda onlara əməkhaqqı ödəyirik. Yeni müəssisələr yaradıldıqca isə bu adamların işlə təminatını əsas götürürük”.

Nazir qeyd edib ki, Azərbaycanın ilk peykinin fəaliyyəti milli televiziyaların göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək: “Peykin xidmətlərindən əsasən mərkəzi televiziyalar yararlana biləcəklər. Amma regional televiziya və radioların da peyk vasitəsilə yayımı mümkün ola bilər”.

Ə.Abbasovun sözlərinə görə, hazırda respublikada bütün yaşayış məntəqələrinin yüksək sürətli internetlə təmin olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə 3 illik layihəyə start verilib. Ümumi dəyəri 400 milyon manat olan bu layihənin rentabellik səviyyəsi bütün şəhər və kəndlərə ən müasir rabitə xidmətləri göstərməyə imkan verəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə