Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO-nun 64 illiyi Bakıda qeyd edilib
NATO-nun 64 illiyi Bakıda qeyd edilib
09 May 2013 / 10:40 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Bakıda Şimali Atlantika alyansının yaradılmasının 64-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, tədbir Azərbaycan-NATO əməkdaşlığı institutu tərəfindən təşkil olunub.

Tədbiri açan Azərbaycan-NATO əməkdaşlığı institutunun direktoru Fərrux Məmmədov NATO-nun yaradılma tarixindən danışıb. O həmçinin qeyd edib ki, NATO və Azərbaycanın əməkdaşlığının başlanmasından 20 il keçməsinə baxmayaraq, bu gün Azərbaycan NATO-ya inteqrasiyaya hazır deyil: “Çünki NATO ilə 20 illik əməkdaşlığa baxmayaraq Azərbaycan ictimaiyyəti Alyans barədə çox məlumatlı deyil», deyə F. Məmmədov bildirib.

F. Məmmədov Azərbaycanda akkreditə olunmuş bəzi NATO ölkələrinin səfirlərinə, ictimai və siyasi xadimlərə, həmçinin bəzi media orqanlarına İnstitutla əməkdaşlığa və Alyansın fəaliyyətini işıqlandırdıqlarına görə təşəkkür edib və onlara fəxri diplomları təqdim edib.

Diplomlar həmçinin Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlindeyə və Rumıniyanın səfiri Kristian Çobanuya təqdim olunub.

F. Məmmədov bildirib ki, İnstitut NATO-nun yaradılmasının 64-cü ildönümünə həsr olunmuş tədbirlərini davam etdirəcək. Belə ki, payızda Bakıda Alyansın baş katibinin iştirakı ilə böyük «NATO və Cənubi Qafqaz» konfransının keçirilməsi planlaşdırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə