Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Murtuz Ələsgərov adına təqaüd veriləcək
Murtuz Ələsgərov adına təqaüd veriləcək
09 May 2013 / 11:39 / Baxış sayı: 92
Font1 Font2 Font3 Font4

«Çalışırıq ki, birinci kursu bitirənlərə mərhum Murtuz Ələsgərovun adına təqaüd verək”. Bunu Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü Abel Məhərrəmov deyib.

arxiv.bizimxeber.az-ın məlumatına görə,  bu barədə rektor publika.az-a açıqlamasında deyib. Rektorun sözlərinə görə, Bakı Dövlət Universitetində hər zaman tarixi şəxsiyyətlərin adları əbədiləşdirilir.
 “Hər zaman görkəmli alimlərin və ictimai-siyasi xadimlərin adına təqaüdlər verilir. O cümlədən də mərhum Murtuz Ələsgərovun adına təqaüd elmi şurada müzakirə olunub və qəbul olunub. Çalışırıq ki, birinci kursu bitirənlərə mərhum şəxsiyyət Murtuz Ələsgərov adına təqaüd verək. Bu semestr, imtahanların sonunda namizədlər seçiciləcək. Belə ki, imtahan sessiyasından sonra qiymətlərə görə, namizədlər seçilir. Bu baxımdan zaman etibarı ilə bu məsələ bir qədər uzanır”-deyə A.Məhərrəmov vurğulayıb.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri mərhum Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı adlı təqaüdün ayrılacağını bildirmişdi.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə