Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəlal Talabani ölüb?
Cəlal Talabani ölüb?
10 May 2013 / 0:12 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

İraq prezidenti Cəlal Talabaninin səhhətində yaranmış problem neçə aydır diqqət mərkəzindədir.  Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, kürdlərə aid İnternet saytları İraq prezidentinin vəfat etdiyini, ancaq bunu kimsənin açıqlamaq istəmədiyini iddia ediblər.

Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) sözçüsü xalqın belə xəbərlərə inanmadığını vurğulayaraq, Talabaninin sağlıq durumunun yaxşı olduğunu bildirib.

«Avestakurd.com» adlı kürdcə yayımlanan internet saytının yaydığı xəbərə əsasən, Cəlal Talabaninin sağlığı ilə bağlı xəbərləri yaxından izləyən və Ərbildə yaşayan Rebvar Kerim Vell adlı bir qəzetçi ötən gün axşam «Twitter» hesabında İraq prezidentinin həyatdan köçdüyünü yazıb.

Həmin sayt bildirib ki, Talabani ailəsinə yaxın qaynaqlar KYB-də problemlərin yaşanmaması məqsədi ilə həssas davranırlar.

Rebvar Kerim Vell yazdığı yazıda C.Talabaninin həyat yoldaşı Hero İbarhim Əhmədin bir neçə gün öncə İran prezidenti Mahmud Əhmədinejadı ziyarət etməsini də ölüm xəbərinin çatdırılması ilə əlaqələndirib. Qəzetçi iddia edib ki, M.Əhmədinejad Talabani ailəsinə yaxındır və İraq prezidentinin xanımı KYB-də problemlərin qarşısının alınması məsələsində ondan yardım istəyib.

Xəbərdə C.Talabninin hansı gün və saat neçədə öldüyü bildirilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə