Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bizə heç bir konkret rəsmi təklif ünvanlanmayıb”
“Bizə heç bir konkret rəsmi təklif ünvanlanmayıb”
10 May 2013 / 12:00 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda irəli addım atmayacağı təqdirdə millət vəkillərinin ikitərəfli görüş keçirməsinin heç bir əhəmiyyəti olmayacaq”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Parlament Assambleyasının Ermənistan və Azərbaycan deputatlarını görüşdürmək təklifinə münasibət bildirərkən deyib.

Bahar Muradova qeyd edib ki, indi Azərbaycan və Ermənistan deputatlarının görüşünün keçirilməsi barədə təklifin heç bir əsası yoxdur: “Həm də Azərbaycan tərəfinə heç bir konkret rəsmi təklif ünvanlanmayıb. Vaxt göstərəcək ki, bu məsələ necə öz həllini tapacaq. Mənim şəxsi fikrimə görə, danışıq aparmaq danışıq aparmamaqdan yaxşıdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə