Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İraqdan PKK ilə bağlı açıqlama
İraqdan PKK ilə bağlı açıqlama
10 May 2013 / 19:02 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

İraq Xarici İşlər Nazirliyi Türkiyədən çəkilən PKK-lıların İraq torpaqlarına girməsinə qarşı olduqlarını bildirib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, nazirlik ölkədəki təhlükəsizlik və sabitliyin pozulması təhlükəsinə qarşı Türkiyədən çəkilən PKK-lıların İraq torpaqlarına girməsinin mümkün olmadığını ifadə edib.

“İraq hökuməti Türkiyədəki kürd probleminin siyasi  yollarla həlli istiqamətindəki səyləri təqdirlə qarşılayır”, – ifadəsinin yer aldığı açıqlamada eyni zamanda İraqın suverenliyi və cəmiyyətin təhlükəsizliyinin də vacib amil olduğu vurğulanıb.

Şimali İraq kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani isə bir neçə gün bundan əvvəl verdiyi açıqlamasında kürd probleminin həlli prosesini müsbət qarşıladıqlarını və müsbət nəticə almaq üçün əllərindən gələn bütün yardımı etməyə hazır olduqlarını bildirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə