Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bağlı yolların SİYAHISI
Bağlı yolların SİYAHISI
10 May 2013 / 13:39 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi (Teleteatr binasının yanından) Parlament küçəsi ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

arxiv.bizimxeber.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, həmçinin, Ş.Bədəlbəyli küçəsinin Bülbül və R.Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət var.

Gül bayramının təşkil edildiyi əraziyə giriş Konsevatoriyanın yanından (Ş.Bədəlbəyli və R.Behbudov küç. kəsişməsindən) olacaq.

Badamdar istiqamətindən Azneft istiqamətinə gələnlər İpək yolundan istifadə etməklə, Bibiheybət yolu – Mikayıl Hüseynov küçələrindən istifadə etməklə Neftçilər prospektinə çıxa bilərlər.

Bülbül prospektinə alternativ yol Səməd Vurğun, Ş.Bədəlbəyli küçəsinə isə Dilarə Əliyeva və 28 May küçələrindən istifadə etmək olar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə