Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN Xudat olayı ilə bağlı məlumat yaydı
DİN Xudat olayı ilə bağlı məlumat yaydı
10 May 2013 / 13:47 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Mayın 10-da Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir:

Mayın 9-da saat 11:20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib. Məsələ Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb.

Lakin bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşıb bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub. Adları çəkilən şəxslərin hər biri 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Rayonun hüquq mühafizə orqanları qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə