Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Macarıstanın Döndöş şəhəri Şuşa ilə qardaşlaşıb – FOTOLAR
Macarıstanın Döndöş şəhəri Şuşa ilə qardaşlaşıb – FOTOLAR
10 May 2013 / 14:20 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Macarıstanın ən hündür dağ zirvəsi sayılan Matra dağının ətəyində yerləşən Döndöş şəhərində bu şəhərin Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə qardaşlaşması haqqında Birgə Bəyannamə imzalanıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata gör, sənədi Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa şəhər icra hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov imzalayıb.

Sənəddə qarşılıqlı şəkildə iqtisadi, mədəni, humanitar əlaqələr qurulması, turizm və təhsil sahəsində əməkdaşlıq, Macarıstanda Dağlıq Qarabağ münaqişəsi və Şuşa şəhəri haqqında məlumatların yayılması, informasiya mübadiləsi və birgə əməkdaşlığın digər yolları haqqındakı niyyətlər öz əksini tapıb.

İmzalanma mərasimindən əvvəl Döndöş meriyası üzvlərinin, şəhər ictimaiyyətinin və Macarıstanın Azərbaycan icmasının iştirakı ilə görüş keçirilib. Görüşdə Döndöş meri Laslo Faraqo, Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Milli Məclisində Şuşa rayonunu təmsil edən Elman Məmmədov, Daha Yaxşı Macarıstan Uğrunda Partiyanın sədri Qabor Vano çıxış ediblər. Bayram Səfərov öz çıxışında erməni işğalçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən, Qafqazın incisi sayılan Şuşa şəhərində Azərbaycanın son bir neçə yüz illik tarixi ilə bağlı abidlərin barbarlıqla dağıdılmasından ətraflı bəhs edib.

Qeyd edək ki, Şuşa Döndöşlə qardaşlaşan altıncı şəhərdir. Mədəni əməkdaşlıq proqramı çərçivəsində ilk addım kimi bu ilin avqustunda Döndöşdə keçiriləcək beynəlxalq folklor rəqsləri festivalında Şuşa şəhərindən olan musiqiçilərin də iştirakı barədə razılıq əldə edilib.

Günün ikinci  yarısında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Döndöş şəhərinin iş adamlarının biznes-forumu keçirilib. Yerli biznesmenlər qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın son illərdəki iqtisadi inkişafı, Azərbaycan-Macarıstan iqtisadi əlaqələri, ölkəmizin biznes imkanları barəsində ətraflı danışıb, iş adamlarını maraqlandıran çoxsaylı suallara cavab verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə