Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə mal-qaralı etiraz aksiyası
İmişlidə mal-qaralı etiraz aksiyası
10 May 2013 / 15:53 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4
mişli rayonun bir qrup sakini örüş yerinin əllərindən alınmasına etiraz olaraq mayın 10-da mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib.
Polis icra hakimiyyətinə çatmamış narazıların qarşısını alıb.

Bir neçə etirazçı ilə birgə hadisələri lentə alan AzadlıqRadiosunun bölgə müxbir Azər Əli ilə AXCP fəalı Vüqar Qədirov da saxlanılıb. Saxlananlardan Fərman Zərbəliyevin atası Əlisiyavər Zərbəliyevin Azadlıqradiosuna dediyinə görə, onlar Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin digər “32 kənd” sakinləri tərəfindən zəbt edilməsinə etiraz ediblər.

“İndiyə qədər bununla bağlı şikayətlərimizə baxılmadığından bu gün 150 baş mal-qaranı icra hakimiyyətinin qarşısına aparmağa qərar verdik. Bu barədə “102” xidmətinə də zəng vurub xəbərdar etdik ki, bizə heç kim mane olmasın. İcra hakimiyyətinə az qalmışdıq ki, polislər bizim qabağımızı kəsdi, uşaqların bir neçəsini döyüb apardılar polisə, bizi də geri qaytardılar”.
İmişli polisindən isə deyilənləri təkzib ediblər.
Bir qədər əvvəl polis şöbəsindən sərbəst buraxılan Natiq Şirov onunla birgə 7 nəfərin polis şöbəsinə aparıldığını, bir qədər sonra iki nəfərdən başqa hamının sərbəst buraxıldıqlarını deyir.
“Azər Əli ilə Vüqar Qədirovu buraxmadıalr. Bizə isə dedilər ki, gedin həmin örüşdə heyvanlarınızı otarın”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı araşdırma aparılandan sonra məlumat veriləcəyini deyiblər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə