Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Prezidentliyə ən yaxşı namizəd Haşimi Rəfsəncanidir”
“Prezidentliyə ən yaxşı namizəd Haşimi Rəfsəncanidir”
10 May 2013 / 21:34 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi mayın 10-da jurnalistlərə açıqlamasında iyunda bu ölkədə keçiriləcək prezident seçkisindən danışıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Məhəmməd Xatəmi deyib ki, o hələ də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, keçmiş prezident Haşimi Rəfsəncaninin prezidentliyə namizədliyini irəli sürəcəyinə ümid bəsləyir: “Prezidentliyə namizədlərin hamısı yaxşıdır. Lakin hesab edirəm ki, ölkənin indiki həssas şəraitində prezidentliyə ən yaxşı namizəd ayətullah Haşimi Rəfsəncanidir.

Güman edirəm ki, Haşimi Rəfsəncani xalqın problemlərinin həllinə, ölkənin indiki durumdan çıxmasına yardım göstərə biləcək yeganə şəxsiyyətdir. Hələ də ümid edirəm ki, Haşimi Rəfsəncani qəti qərar verib prezidentliyə namizədliyini irəli sürəcək”.

İranda prezidentliyə namizədlərin qeydiyyata qalınmasının başa çatmasına bir gün qaldığı halda keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi seçkiyə qatılıb-qatılmayacaqları haqda hər hansı rəsmi fikir bildirməyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə