Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədət Quliyev Gülər Əhmədova ilə görüşüb
Mədət Quliyev Gülər Əhmədova ilə görüşüb
10 May 2013 / 16:29 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədova ilə görüşüb.

O, mayın 10-da “Media forum” saytına deyib ki, Gülər Əhmədova daimi həkim nəzarətindədir və səhhəti normaldır: “Sadəcə, bir az narahatlığı var. Vaxtilə deputat olub, müəyyən həyat normalarında yaşayıb. İndi isə təqsirləndirilən şəxsdir, istintaq təcridxanasında saxlanır. Bunun müəyyən psixoloji çətinlikləri var, asan deyil. Mən bir neçə gün öncə Gülər Əhmədova ilə görüşmüşəm. Vəziyyəti yaxşıdır, həkimlərin nəzarətindədir. Narahatlıq üçün əsas yoxdur”.

Gülər Əhmədovanın ailə üzvləri ilə görüşməsinə icazə verilməməsinə gəlincə, Mədət Quliyev deyib ki, görüş istintaqı aparan müstəntiqin qərarından asılıdır: “Qanuna əsasən, istintaq altında olan şəxs ailəsi ilə müstəntiq icazə verəndə görüşə bilər. Müstəntiq icazə verəndə, təbii ki, Gülər Əhmədova ailəsi ilə görüşür. Bununla bağlı problem yoxdur”.

Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edib. Bu il fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. Mayın 8-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri 3 ay müddətində uzadılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə