Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amnistiya Aktının icrasına başlanıb
Amnistiya Aktının icrasına başlanıb
11 May 2013 / 10:21 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya Aktının icrasına başlanıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amnistiya Aktı Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi cinayətlərə görə məhkum olunmuş 74 hərbi qulluqçuya tətbiq edilib. Barələrində amnistiya aktı tətbiq edilən şəxslərə bu aktın humanist mahiyyəti çatdırılmaqla gələcəkdə qanunazidd hərəkətlərə yol verməmələri barədə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən onlarla fərdi söhbətlər aparılıb.

Hazırda Amnistiya Aktının icrası davam etdirilir.

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə