Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad Abdullayevin videoları “Euronews”da
Elşad Abdullayevin videoları “Euronews”da
11 May 2013 / 10:46 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Bir neçə gün qabaq məşhur “Euronews” kanalının fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə həbs edilən keçmiş deputat Gülər Əhmədova arasındakı “mandat alveri” ilə bağlı xüsusi veriliş hazırlayacağı haqda məlumat yayılmışdı. Lakin bununla bağlı hər hansı rəsmi təsdiqləyici informasiya verilmirdi.

Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı müstəqil şəkildə araşdırma aparan blogger Elnur Məcidli dünən “Azadlıq”ın əməkdaşı ilə söhbətində bu məlumatı təsdiqləyib. Blogger bildirib ki, o və Elşad Abdullayev “Euronews” kanalının yayım direktoru Peter Barabasla görüşüb. “Mahir Abdullayevin işilə bağlı lazımi sənədləri, videoları ona təqdim etmişik. Bu videoların arasında Azərbaycan ictimaiyyətinin tanış olmadığı görüntülər də var. Çəkilişin formatı ilə bağlı müzakirələr aparmışıq. Bu ayrıca veriliş də ola bilər, sənədli film də”.

Elnur Məcidli ehtimal edir ki, “Euronews” çəkilişləri seçki ərəfəsində yayımlayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə