Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan bir sabitlik adasıdır”
“Azərbaycan bir sabitlik adasıdır”
11 May 2013 / 11:16 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Azərbaycanda icra edilən infrastruktur layihələri tamamilə yeni bir şəraitin yaradılmasına gətirib çıxarıb. Biz son illər ərzində xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq. Bu sahənin inkişafı nəticəsində cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən çox artıb. Nə iqtisadi, nə maliyyə böhranı bizə təsir etməyib. Biz öz iqtisadi siyasətimizi ardıcıllıqla, düşünülmüş şəkildə, qəbul edilmiş proqramlar üzrə aparırıq”

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycanın istər xarici, istər daxili, istərsə də apardığı iqtisadi siyasət düzgündür: “Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin”.

“Azərbaycan bir sabitlik adasıdır”, – deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət var: “Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşayıb. Nəsillər gəlirdi, gedirdi. Bu gün biz müstəqilik. Bizim nəinki atributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dövlətimiz vardır. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ulu Öndərin məşhur kəlamı var, deyir: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam””.

“Bu gün Gül bayramında uşaqlarla görüşürdüm. Uşaqlar məni əhatə etmişdi, – hər il mən Gül bayramında uşaqlarla görüşürəm, – biri yaxınlaşır nə isə deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir deyir ki, mən Sizi tanıyıram, cənab Prezident, Siz Prezidentsiniz, – balaca uşaqlardır, 4-5 yaşında. Bir qız yaxınlaşdı, – 4-5 yaşında, – dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”, – prezident əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə