Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ektrasens: “Falçılar insanları aldadırlar”
Ektrasens: “Falçılar insanları aldadırlar”
11 May 2013 / 15:45 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4

Ekstrasens Elsən Məmmədovun arxiv.bizimxeber.az-a musahibəsi

– Ekstrasenslik sahəsi Azərbaycanda cox yayılmayıb və insanlar ekstrasenslərə inanmırlar. Siz bunun səbəbini nədə gorursuz?
– Bu sahə inkisaf etmis olkələrdə öz təsdiqini tapıb. Ukraynada, Rusiyada bu sahə elm kimi öz təsdiqini tapıb. Ekstrasensuranın qolları coxdu, yəni ki, əl və ayaqaltı. Azərbaycanda isə həqiqətən də təsdiqini tapmamış elm kimi mövcuddu. Bunun da öz səbəbləri var. Cunki ekstrasensuranın nə məktəbi var, nə də təlimatlandıran insanları yoxdur ki, kimsə bu məktəbi oxusun, diplom alsın. Yəni ki, elm kimi dövlət tərəfindən təsdiq edilməyib.

– Azərbaycanda falçılarla ekstrasensləri ayırmırlar. Sizcə bu nədən irəli gəlir?
– Ekstrasens sözünun mənasını bəzi özünü ekstrasens adlandıranların hec özləri də bilmirlər. Ekstrasens deyəndə bilinməlidir ki, anında ağla gələn, hiss edilən, hiss edən biri deməkdi. Deyirsən və proqnozun nə qədər doğru olub olmadığını qarşı tərəf deyir. İnsanlar özləri falçıları, öncəgörücüləri bir-birindən ayırd etməlidirlər. Məsələn biri su ilə baxır, biri “Quran”la baxır. Mən sizə deyim ki, ümumiyyətlə elə baxıcılar sadəcə şou yaradıb, insanları aldadırlar. Bəzi elə hissiyyatlı insanlar var ki, çox düzgün proqnozlar verillər, lakin öz adlarını düzgün yaza bilmirlər. Tarix boyu, bəşər yaranandan, insan övladının şüuru kəsəndən inanclara meyilli olub. Ən cox da insanlar ulduzlara və baş vermiş fəlakətlərə inandıqlarından, tam başqa insanlara müraciət etmək, başqa insanların hiss etdiklərindən istifadə etmək istəyiblər. Sonra gəlib, orta əsrlərə çıxanda şahlar, xanlar və dövlət başçıları hər zaman yanlarında ekstrasenslər gəzdiribdilər. Onlar səfərləri haqqında, müharibələri haqqında daim ekstrasenslərdən proqnoz alaraq, onların fikirləri əsasında hərəkət ediblər.

– Necə olur ki, ekstrasenslər güclü hissiyyata malik olurlar?
– Ekstrasenlər çox zaman ağır xəstəlik keçirərək (kliniki ölüm), qorxu və çox zaman da yuxu vasitəsilə gəlib ekstrasens olurlar. Bəzi insanlarda güclü hissiyyat olur, lakin bunu ozləri də bilmir. Ölənə qədər ekstra hisslərinin olduqlarından xəbərsiz olurlar. Inkisaf elətdirmirlər.

– 30 aprel 2009-cu ildə bas vermis terror yenə də hansısa təhsil ocağında gözlənilirmi?
– Azərbaycan Neft Akademiyasında bas verən terrorun təkrarlanmayacag. Terroru torədən səxsin ağlı basında olmur. Belə səxsləri narkotik və xususi vasitələrlə hipnoz edərək terror törətməyə hazırlayırlar. Cunki ağlı başında olan səxs bu qədər qan tökməyə cəhd edə bilməz. Mən düşünürəm ki, bir daha universitetlərdə belə terror aktı baş verməyəcək, düşünürəm ki, orda qətlə yetirilənlərin sayı daha coxdur.

– Şou biznes əhlindən sizə proqnoz almaq üçün müraciət edənlər olub?
– Bəli olub, adlarını çəkmək istəmirəm. Lakin onu deyə bilərəm ki, mən ilk efirimə çıxdığım zaman mənə, efir buraxılışından sonra bir çox şou-biznes əhli müraciət edib.

– Bizə münasibətiniz və düşüncələriniz?
– Sizinlə müsahibə çox xoş təsir bağışladı. Siz müsbət təsir bağışladınız və söhbətimiz olduqca səmimi alındı.Təşəkkürlər.

Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az



Ektrasens: “Falçılar insanları aldadırlar” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə