Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanlı nazir Bakıdadır
Gürcüstanlı nazir Bakıdadır
11 May 2013 / 17:54 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Gürcüstanın yeni idman və gənclərlə iş naziri Levan Kipiani bu gün Azərbaycana gəlib. Məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.
Səfər çərçivəsində qonağın şəhərimizin idman infrastrukturu ilə və gənclərlə iş sahəsində bir sıra layihələrlə tanış edilməsi nəzərdə tutulur. Nazir Heydər Əliyevin məzarını və “Şəhidlər Xiyabını”nı ziyarət edəcək, Gənclər və İdman Nazirliyində və Azərbaycanın Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər keçirəcək. Bundan başqa qonağın taekvondo idman mərkəzi ilə tanışlığı və “İdeya” kampaniyası çərçivəsində “yer kürəsi uşaqların gözü ilə” uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirakı nəzərdə tutulub.

Levan Kipianinin səfəri mayın 13-dək davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə