Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovanı necə azad etmək istəyirlər?
Gülər Əhmədovanı necə azad etmək istəyirlər?
13 May 2013 / 11:09 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Sabiq deputat Gülər Əhmədovanın həbs müddətinin daha 3 ay uzadılması onu hiddətləndirib. “Azadlıq”a daxil olan məlumatlara görə, Gülər Əhmədova bildiklərini danışa biləcəyi barədə “yuxarılar”a mesaj göndərib. Məlumatlarda iddia edilir ki, sabiq deputatın hiddətlənməsi səbəbsiz deyil. Çünki həbs edilən zaman ona qısa müddətdə azadlığa çıxacağı vəd edilib. Məhz bu səbəbdən Gülər Əhmədova bir neçə gün əvvəl keçirilən məhkəməyə böyük ümidlə gəlib. Lakin gözləntilərin əksi baş verib.

Məlumatda bildirilir ki, Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin də bu ərəfədə Gülər Əhmədova ilə görüşməsi təsadüfi deyil. Əslində Mədət Quliyev sabiq deputata “yuxarılar”ın mesajını çatdırıb. Bəzi iddialara görə, general sabiq deputata yaxın vaxtlarda azadlığa buraxılacağını deyib.

“Reytinq” qəzeti isə məlumat yayıb ki, Gülər Əhmədovanın səhhətində problemlərin olması barədə xəbərlərin dövriyyəyə buraxılması sabiq deputatın azadlığa buraxılmasına hesablanıb. Qəzetin yazdığına görə, ictimaiyyəti Gülər Əhmədovanın xəstə olduğuna inandırandan sonra onu Penitensiar Xidmətin müalicəsinə yerləşdirəkcəklər. Sonra isə sabiq deputatı müalicə müəssisəsindən evə yola salacaqlar. Qəzet daha sonra yazır: “Gülər Əhmədovanın ailə üzvləri və vəkilləri də bu kampaniyaya qoşulublar. Məlumata görə, həyat yoldaşı Fikrət Əhmədovun və vəkil Əfsər Talıbovun Gülər Əhmədovanın psixoloji durumunun yerində olmadığı və tez-tez qışqırdığına dair açıqlamalarla çıxış etməsi də bu məqsədə xidmət edir. Istintaq hərəkətlərini aparan müstəntiqin də yaxın günlərdə analoji bəyanatla çıxış etməsi gözlənilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə