Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan silahları Türk ordusunda
Azərbaycan silahları Türk ordusunda
13 May 2013 / 12:43 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Azərbaycanda istehsal edilmiş bəzi silahlar Türkiyə Ordusunda silahlanmaya qəbul oluna bilər.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, İstanbulda keçirilmiş İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarla görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə olunub.

«Biz görüşdə Azərbaycanda istehsal olunan bəzi silahların Türkiyə Ordusunda istifadəyə qəbulu ilə bağlı məsələni də müzakirə etdik. Ümid edirəm ki, yaxın vaxtlarda bununla bağlı bəzi addımlar atılacaq», – deyə Y. Camalov vurğulayıb.

Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa önəm verdiyini deyən nazir bu çərçivədə birgə layihələrin olacağını bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə