Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəvaz Şərif yeni hökumətin yaradılmasına başlayır
Nəvaz Şərif yeni hökumətin yaradılmasına başlayır
13 May 2013 / 12:36 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Bazar gün Pakistanda keçirilən seçkidə birinci olan, keçmiş baş nazir Nəvaz Şərif tərəfdaşları ilə yeni hökumət yaradılmasının müzakirəsinə başlayıb. Parlament seçkilərinin ilkin nəticələri onun tərəfdarlarının 342 nəfərlik parlamentdə kifayət qədər yer qazandığını göstərir. Analitiklərin fikrincə N.Şərifin bitərəf deputatlarla koalisiya yaratmaq ehtimalı böyükdür.

Seçkinin ikincisi tanınmış kriket oyunçusu İmran Xanın «Təhriki İnsaf» partiyasıdır. Prezident Asif Əli Zərdarinin rəhbərlik etdiyi «Pakistan xalq partiyası» isə məğlub olub.

Nəvaz Şərif Lahorda çıxış edərkən ölkədəki problemləri həll etmək üçün bütün siyasi qüvvələri əməkdaşlığa çağırıb. Ölkədə zorakılıqların davam etməsinə baxmayaraq, seçkilərdə 60 faizə yaxın seçici iştirak edib. Seçki günü hücumlarda 20-yə yaxın adam ölüb.

ABŞ prezidenti Barak Obama bildirib ki, Pakistanın yeni administrasiyası ilə «bərabər hüquqlu partnyor»lar kimi işləməyə hazırdırlar.

Bu, Pakistanda ilk demokratik seçkidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə