Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir yerə 686 iddaçı, 4 real namizəd
Bir yerə 686 iddaçı, 4 real namizəd
13 May 2013 / 12:55 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

İran Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyini irəli sürmüş 686 namizədin səlahiyyətini araşdırmağa başlayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncani, Ali Milli Təhlükəsizlik Şurasının sədri, Qərblə nüvə danışıqları aparan heyətin rəhbəri Səid Cəlili və Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin namizədliyini irəli sürməsindən sonra seçki ilə bağlı proqnozlar alt-üst olub. Həmin üç nəfərin mayın 11-də, prezidentliyə namizədlərin qeydiyyata alınmasının son günü Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməsi siyasi analitikləri çaşbaş salıb, seçki ilə bağlı proseslərin yeni mərhələyə daxil olmasına gətirib.

İyunda keçiriləcək prezident seçkisində üç siyasi cərəyanı təmsil edən əsas üç namizəd var: İslahatçılara yaxın olan Ayətullah Haşimi Rəfsəncani; mühafizəkarlara yaxınlığı ilə tanınan Səid Cəlili; İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayi.

Mühafizəkarlar qanadından Tehran meri Məhəmmədbağır Qalibafın da prezidentliyə şansı az deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə