Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov qəbul keçirəcək
Səlim Müslümov qəbul keçirəcək
13 May 2013 / 13:33 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov  15 may 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fonddan arxiv.bizimxeber.az-a verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar Salyan, Neftçala və Cəbrayıl rayonlarından mayın 15-də saat 08.30-da, Şirvan şəhərindən, Hacıqabul və Saatlı rayonlarından isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin qarşısından onlar üçün xüsusi ayrılmış nəqliyyatla Sabirabada aparılıb gətiriləcəklər.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün “[email protected]” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, habelə Fondun Aparatında (012)434-12-34, (050) 230-33-40 nömrəli telefonları, Fondun Sabirabad rayon şöbəsində isə 021-235-50-57 və  (050) 333-91-31 nömrəli telefonları vasitəsilə əlaqə saxlamaq olar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə