Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir müavini həbs olunub
Nazir müavini həbs olunub
13 May 2013 / 13:43 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Gürcüstanın daxili işlər nazirinin birinci müavini Qela Xvedelidze həbs edilib. Xəbəri mayın12-də jurnalistlərə açıqlamasında daxili işlər naziri İrakli Qaribaşvili təsdiqləyib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, nazir bildirib ki, Qela Xvedelidze jurnalist Georgi Paresaşvilinin şəxsi həyatı ilə bağlı video kadrlarının yayılmasında ittiham olunur: “Sürətli və effektiv araşdırma nəticəsində Georgi Paresaşvilinin şəxsi həyatına dair video kadrlarının yayılması cinayətinin bütün məqamlarını müəyyən etdik. İlk kadrları keçmiş hakimiyyət dövründə Konstitusiya Təhlükəsizliyi Departamenti lentə alıb. Əlbəttə, bu, Paresaşviliyə psixoloji təsir göstərmək məqsədilə qanunsuz olaraq çəkilib. Yeni hakimiyyət dövründə bu və digər kadrlar  müəyyən qaydada möhürlənib. Amma keçmiş hakimiyyətin əlində bu kadrların olub-olmamasına zəmanət verə bilmərik. Bu və digər qanunsuz kadrların təhlükəsizliyi mənim birinci müavinim Qele Xvedelidzeyə həvalə edilmişdi. Həmin kadrların yayılması mənim üçün xoşagəlməz faktdır. Mənim birinci müavinin cinayət törədib, dövlət qulluqçusuna yaraşmayan hərəkət edib. Qele KİV-də onun haqqında yayılan əsassız ittihamlara lazımsız reaksiya verib və Paresaşvilidən qisas almaq məqsədilə bu kadrları internet məkanında özbaşına yayıb. Mənim müavinim Xvedelidze  tutulub”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə