Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qadınlar ona görə daha dərində basdırılır ki…” – MÜSAHİBƏ
“Qadınlar ona görə daha dərində basdırılır ki…” – MÜSAHİBƏ
13 May 2013 / 15:33 / Baxış sayı: 2278
Font1 Font2 Font3 Font4

Molla: “Yasin oxudanda ruhlar şad olur”

arxiv.bizimxeber.az xristian və müsəlmanların bir məkanda yatdıqları məzarlıqda maraqlı və qeyri-adi qəbir daşlarını ictimaiyyətə təqdim edir.
Müşahidə etdiyimiz qeyri-adi qəbirlərin səbəbini öyrənmək üçün, elə məzarlıqdakı mollanın birinə yaxınlaşaraq, suallarımızı cavablandırmasını istədik….

– Qəbirstanlıqda müxtəlif formalı, yazılı və şəkilli baş daşlarına, heykəllərə rast gəldik. Dinimizdə bunlar haram deyilmi?
– Təbii ki, haramdır. əslində dində baş daşı, heykəl, büst qoymaq haramdır. Qəbir daşlarının üzərində qadın, kişi rəsimlərinin çəkilməsi də düzgün deyil. Çünki qadınla kişi bir-birinə naməhrəmdir. İndi isə yaxınları üçün cürbəcür qəbir daşları, heykəllər düzəltdirmək dəb halını alıb.

– Bəs qəbirlərin üzərində ev tikmək nə dərəcədə doğrudur (bəzi qəbirlərin üzərində otaqlar tikilib, qapısı açarla bağlanmışdı)?
– Qəbirin ətrafı açıq olmalıdır. Amma məqbərə tikə bilərsən. Bu qədimdən də mövcuddur. İki-üç mərtəbəli məqbərə tikib, bütün qohumları orada basdırmaq olar.

– Bəs qəbirin ölçüsü nə qədər olmalıdır?
– Qəbirin eni 1 m, uzunluğu 2 metr, dərinlik qadınlar üşün 1-1.20 , kişilər üçün 80 sm və ya 1 metr olmalıdır.

– Nə üçün qadınlar kişilərə nisbətən daha dərinə basdırılır?
– Qadınların cismi çürüdükcə daha pis iylənir. Bu da ətrafdakıları narahat edir. Ona görə qadınlar daha dərində basdırılır.

– Diqqətimizi çəkən məqamlardan biri də qəbirstanlıqda müsəlmanlarla xristianların yan-yana basdırılması oldu. Dində bu öz əksini necə tapıb?
– Əslində xristianla müsəlmanın qəbirstanlığı ayrı olmalıdır. Din də belədir. Heç olmasa, arasında yol olmalıdır. Amma torpaq torpaqdır. İnsan torpaqdan əmələ gəlib və torpağa da qayıdır. Xristian da, yəhudi də, vəhabi də, müsəlman da torpaqdan yaranıb. Amma Axirətdə, o biri dünyada onlar bizdən ayrılacaq və sorğu-sual ayrı olacaq.

– Deyirlər hasarlanmış qəbirin qapısını açıq qoymaq olmaz. Qapını bağlamağın nə əhəmiyyəti var?
– Qəbrin də, qəbirstanlığın da ətrafı bağlı olmamalıdır. Çünki şair də deyib “Gör tədarük səyadə əcəl gəlsə də“. İnsan qəbirstanlığa baxanda bir gün öləcəyini xatırlamalıdır. Öz ölümünə tədarük görməlidir, yaxşılıqlar etməlidir.

– Yasin oxutmağın ölüyə nə faydası var?
– Bir ölüyə yasin oxutmaq onu xatırlamaq, yad etmək deməkdir. Ruhlar bizi eşidir. Onlara yasin oxudanda ruhlar şad olur. Amma əslində Quran dirilər üçündür.

– Yasini neçəyə oxuyursunuz? Pulla oxumaq haram deyilmi?
– Kim nə qədər pul versə, oxuyuruq. 1 manat, 2 manat, 5 manat. Bəziləri var 50 manat da verir. Necə ki, baş daşlarını dəbdəbəli hazırladırlar, yasin üçün də pulu elə ödəyirlər. Amma bunun ölüyə bir faydası yoxdur.

Lakin nə qədər soruşsaq da molla “Yasini pulla oxumaq haram deyilmi?” sualımıza cavab vermədi. Biz də xüdafizləşib qəbirstanlıqdan çıxdıq.

Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə