Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İndi hər cür rəngdə qul tapa bilərsən”
“İndi hər cür rəngdə qul tapa bilərsən”
13 May 2013 / 15:47 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Fransada hər il kölələrin xatirəsinə keçirilən anım mərasimləri həm də dövlətlə hesabçəkmənin növbəti mərhələsinə çevrilir.Məlumdur ki,Fransa da digər Avropa dövlətləri kimi kolonial keçmişə malkdir.Əlcəzairdən Haitiyə qədər uzanan böyük bir zolaqda onlarla bir ölkə tarixinin ən ağır dövrlərini fransızların təbəələyində keçiribdir.Ötən 5 əsr ərzində iki dəfə yüzillər ərzində geniş ərazilərə nəzarət etmək imkanı əldə edən fransız imperiyası müvafiq olaraq 8 və 13 milyon kvadrat kilometr miqyasında torpaqların üstündə hökmranlıq səlahiyyəti qazanmışdı.

Napoleon dövrünü yada salmaq kifayətdir.Bir neçə qitədə işğalçılıq siyasətini uğurla başa vuran imperator Rusiya və İspaniya ilə müharibədə ağır zərbələr alsa da Fransanın siyasi ixtiyarı altında qalan ölkələr yalnız 20-ci əsrin 2-ci yarısında müstəqillik qazana bilmişdilər.

Millət vəkili Zahid Oruc köləlik, Avropanın aparıcı ölkələrinin bu amildən necə istifadə etməsi haqda maraqlı fikirlər səsləndirib. arxiv.bizimxeber.az millət vəkilinin sözügedən mövzuda olan təhlilini oxuculara təqdim edir: “İndi Parisdə yerləşən Qaradərililər Assosiasiyasının Nümayəndələr Şurası prezident Fransua Olanddan tələb edir ki,vaxtilə onların külli miqdarda xərc müqabilində köləlikdən azad olmasını nəzərə alaraq dövlət onlara yüksək təzminat ödəməlidir.Çünki məhz həmin vəsaitlər hesabına bu günki Fransanın varlanması təmin olunmuşdur.
Şuranın hesablamalarına görə ödəniləcək məbləğ 35 milyard avrodan artıqdır.3-cü nəsil babalarının haqlarını belə bərpa etməyə ümid bəsləyən qaradərililər Britaniyada olduğu kimi burada da “kölələr muzeyi” yaratmaq və dünyada təhkimçiliyin bütün formalarına bundan sonra da qarşı çıxmaq niyyətindədirlər.

Avropanın iqtisadi böhran halında keçmişə görə təzminat verməyə gücü yoxdur.Afrika qitəsini yüzillər ərzində istismar edən Qərb imperializmi belə məsələlərdə hüquqi varis olmağa heç cür razılaşa bilməz.Digər tərəfdən, dünyada köləlik ictimai-siyasi formasiyalar dəyişdikcə mahiyyətcə yeni forma və məzmun kəsb etməkdədir.Haqq ödəyərək azadlığa çıxmış xalqlar indi daha böyük iqtisadi və sosial şərtlərin altında inildəyirlər.

Dünyada ağalar və qullar rəsmən ləğv olunsa da,dövlətlərin gücü misalında əbədi yaşamaqda davam edir. Köləlik qeyri-bərabər hüquqlar, resurslara əlçatanlılıq, ədalətin və hüququn təminatında bir dünyəvi bəla kimi hökm sürür. İndi təkcə qara rəngdə deyil, hər cür boyada qul tapa bilərsən!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə