Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oqtay Şirəliyev əsəbiləşib?
Oqtay Şirəliyev əsəbiləşib?
13 May 2013 / 17:28 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Artıq heç kim xahişlə, tanışlıqla işə qəbul olunduğunu iddia edə bilməyəcək

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev regionlardakı baş həkimləri vakant yerlərə işə qəbul olmaq istəyənlər üçün süni maneələr yaratmaqda günahlandırıb.

Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan “Tibb” qəzetinə istinadən verdiyi məlumata görə, nazir Oqtay Şirəliyev mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşərkən bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində xeyli sayda boş iş yerləri olub. Ancaq müxtəlif səbəblər bəhanə gətirilərək həmin vakant yerlərə illərlə işçi qəbul edilməyib: “Baş həkimlər bizə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər. Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar”.

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunu səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisə sayan nazirin sözlərinə görə, səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislərin çalışmasını istəyirlər.

Şirəliyev qeyd edib ki, əsas məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir: “Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə