Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qırmızı Xaç”ın əməkdaşı oğurlanıb
“Qırmızı Xaç”ın əməkdaşı oğurlanıb
13 May 2013 / 21:36 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əcnəbi əməkdaşı Yəmənin cənubunda naməlum şəxslər tərəfindən oğurlanıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Hadisə Abyan əyalətinin Djaar şəhərində baş verib. Bir qrup silahlı insan avtomobil yolunu kəsərək, içərisində İsveşrə vətəndaşı da olan bir neçə humanitar təşkilatın əməkdaşlarını saxlayaraq, öz maşınına əyləşdirib və naməlum istiqamətə aparıblar.

Yerli hakimiyyət orqanları ehtimal edirlər ki, oğurluğun arxasında həbsxanalarda saxlanılan qohumlarının azad edilməsinə çalışan tayfalarından birinin nümayəndələri dayana bilər.

Qeyd edək ki, ötən həftə BQXK-nin iki hindistanlı əməkdaşı da Djaarda analoji qaydada oğurlanıb. Ancaq az sonra girovlar azadlığa buraxılıb.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə