Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xudatda tutulanlardan xəbər yoxdur
Xudatda tutulanlardan xəbər yoxdur
13 May 2013 / 18:38 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Xaçmazın Xudat şəhərində etiraz aksiyası təşkil etməkdə təqsirli bilinərək 10 sutkalığa həbs olunan Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın, təşkilatın üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyevin və rayon sakini Nüsrət Qarayevin harda saxlandığı hələ də bilinmir.

Heybət Əmrahın vəkili Nemət Kərimli mayın 13-də “Media forum” saytına bildirib ki, tutulan şəxslərin saxlandığı yeri öyrənmək üçün bir çox instansiyaya müraciət edib: “Xaçmaz Rayon Polis Şöbəsində oldum. Orda inzibati həbs olunanların müvəqqəti saxlanma məntəqəsi var. Məntəqənin rəisi dedi ki, Heybət Əmrah adında şəxs burda saxlanmır. Ombudsman Aparatı ilə əlaqə saxladım, bildirdilər ki, kömək edəcəyik. Amma sonradan Ombudsman Aparatı ilə əlaqə saxlaya bilmədim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verdim. Qanunvericiliyə əsasən, Heybət Əmrah da, digər üç nəfər də Xaçmaz Rayon Polis Şöbəsində saxlanmalıdır, polisdən onların yaxın qohumlarına məlumat verilməlidir, saxlananların özlərinin də yaxınlarına bu haqda məlumat verməsinə şərait yaradılmalıdır. Amma bunların heç birinə əməl olunmayıb”.

Nemət Kərimli inzibati həbs qərarından apellyasiya instansiyasına şikayət etdiklərini də bildirib: “Mayın 13-də Xaçmaz Rayon Məhkəməsində oldum, şikayət ərizəsini dəftərxanaya təqdim etdim”.

Mayın 9-da Xudat Sərhəd Dəstəsinin rəisi Rövşən Səfərova məxsus avtomobilin şəhərdə başqa bir maşınla toqquşmasından sonra Xudatda gərginlik yaşanıb. Bir sıra rayon sakinlərinin bildirdiyinə görə, Rövşən Səfərov olay yerində nalayiq ifadələr işlədib, ətrafdakılar buna etiraz etdikdə təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib, bu isə emosiyaları qızışdırıb və əhali Xudatın mərkəzinə axışıb.

Rəsmi məlumatlarda isə bu təkzib edilir, müsavatçıların hadisədən istifadə edərək qanunsuz aksiyanın təşkilinə cəhd göstərdiyi iddia olunur.

Heybət Əmrah, Fikrət Əliyev, Ələddin Mirzəyev və Nüsrət Qarayev barəsində inzibati həbs qərarı Xaçmaz Rayon Məhkəməsində çıxarılıb. Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə