Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynadakı diasporumuz ermənilərdən şikayət etdi
Ukraynadakı diasporumuz ermənilərdən şikayət etdi
14 May 2013 / 10:36 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ukraynada yaşayan azərbaycanlılar azərbaycanlı iş adamı Elşən Əzimovun Kiyevdə ermənilər tərəfindən vəhşicəsinə döyülməsi faktına görə Ukrayna Prezident Administrasiyasına, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət ediblər. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, müraciət Ukraynanın  bütün vilayətlərində yaşayan azərbaycanlıların adından rəsmi olaraq ünvanlanıb və qeyd olunub ki, bu fakt azərbaycanlılar üçün ciddi narahatlıq yaradıb.

Müraciətdə yerli hökumətdən baş verən hadisənin qısa bir zamanda, obyektiv surətdə araşdırılması, hadisənin etnik zəmində baş verməsinin rəsmi şəkildə sübuta yetirilməsi və hadisəyə hüquqi qiymət verilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması tələb olunur: “Əks halda Ukrayna vətəndaşı olan, burada yaşayan hər bir azərbaycanlı eyni hadisəni hər gün özlərinə qarşı baş verə biləcəyi ehtimalını real fakt kimi qəbul edir. Bildiririk ki, ermənilərin azərbaycanlılara qarşı təcavüzünün davam etməsinə üçüncü ölkədə imkan verilməsi burada olan stabilliyə mane olacaq”.

Qeyd edək ki, mayın 11-i yerli vaxtla axşam saat 19:00 radələrində azərbaycanlı iş adamı Elşən Azad oğlu Əzimov Kiyev şəhərinin Brovarskoe şosesi 61 ünvanında özlərini Ukraynada Dağlıq Qarabağ erməniləri kimi təqdim edən Mısak və Samvel Xıdıryan qardaşları, onların tanışı Armen Pterosyanın hücumuna məruz qalaraq vəhşicəsinə döyülərək ölümcül yaralanıb. Yaxınlıqdakı şəxslərin yardımı nəticəsində xəstəxanaya yerləşdirilən iş adamını xilas etmək mümkün olub. E.Əzimov bildirib ki, adı çəkilən ermənilər etnik zəmində bir neçə dəfə onunla mübahisə edib, onu öldürməyə cəhd ediblər. Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri məlumatlandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə