Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Toplantıların təşkili və keçirilməsinə görə, cəzalar sərtləşdirildi
Toplantıların təşkili və keçirilməsinə görə, cəzalar sərtləşdirildi
14 May 2013 / 15:58 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanda toplantıların təşkili və keçirilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliklər nəticəsində mümkün olub.

İXM-nin 298-ci maddəsinə edilən dəyişikliyə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulmasına görə inzibati həbsin müddəti artırılıb. Belə ki, bu tədbirlərin keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 ayadək (buna qədər 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək miqdarda cərimə edilir.

Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək (hazırda 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə