Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavat etiraz etdi
Müsavat etiraz etdi
14 May 2013 / 16:44 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bu gün Müsavat Partiyasının qərargahında Xaçmaz rayonunun Xudat şəhərində baş verən olaylara görə həbs olunan şəxslərlə bağlı mətbuat konfransı keçirildi. arxiv.bizimxeber.az-a partiyadan verilən məlumata görə toplantıda müsavatçıların yoxa çıxmasıyla bağlı məsələlər müzakirə olunub. Xatırladaq ki, Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının Xaçmaz Rayon Təşkilatının sədri Əmrah Heybət, rayon təşkilatının keçmuş sədri Ramazan Əliyevin qardaşı Fikrət Əliyev, müsavatçı Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayevin 10 sutka həbs cəzasına məhkum olunublar.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli və vəkil Nemət Kərimli ötən gün Xaçmaz və Qubaya gedərək həbs olunanların harada saxlandıqlarına dair məlumat toplamağa çalışıblar. Hər iki rayonun polis şöbəsində bildirilib ki, onlarda sözügedən şəxslərin harada saxlandıqlarına dair  məlumat verilməyib.

M.Hacıbəyli qeyd etdi ki, Xudatda baş verən hadisələrə səbəb Dövlət Sərhəd Xidmətinin komandiri Rövşən Səfərovla yerli sürücü arasında mübahisə olub: “O, Xaçmazlıları təhqir edən ifadələr işlədib. Qəza yerinə toplaşan yerli sakinlər  Rövşən Səfərovun üzr istəməsini tələb edib. Orada 300-400 insan orada olub”.

M.Hacıbəyli bildirib ki, hakimiyyət rəsmiləri Xudatda baş verən etirazları ört –basdır etmək üçün orada baş verənləri mediyaya çatdran insanları həbs etmək yolunu tutub: “Heybət Əmrah aldığı məlumatları sosial şəbəkələrdə yayıb. Məlumatlar “Yeni Müsavat” qəzetində dərc olunub. Tutulan digər şəxslər də müsahibə verdiklərinə görə həbs olunublar. Onlarin hər birinin həbsi qanunsuzdur. Ən acınacaqlısı isə odur ki həbsdə saxlanılanların yeri gizli saxlanılıb.Bu gün mayın 14-dür. Dünən axşama qədər onların harada olması haqda məlumat verilməyib”

Vəkil Nemət Kərimli bildirib ki, müdafiəçilərinin iştirak etmədiyi məhkəmə qərarında yazılıb ki, həbs olunan şəxslər küçə yürüşündə iştirak edib. Guya Əmrah Heybət yüksək səslə qışqırıb. Halbuki, təsadüfən keçirilən toplantılarda icazə tələb olunmur. Onbu gecə yarısı evdən aparıblar. Hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılan şəxslərə məcburi aparılma tətbiq oluna bilər. Onun evdən aparılması və barəsində məlumat verilməməsi insan oğurluğu faktıdır.

Onların məhkəmə prosesi də qapalı keçirilib. Jurnalistlər prosesə buraxılmayıb. Məhkəmə qanunsuz qərar verib. Onlar Xaçmazda saxlanılmalı idilər. Bizə bldirildi ki, orda yoxdular. Qubada olduq,  rəis müavini rəsmən dedi ki, Qubada deyillər. Ombudsman Aparatının Vüqar adlı əməkdaşı ilə danışdıq. O da dedi ki, həmin şəxslərin harda saxlandıqlarına dair onlarda məlumat yoxdur. Qırmızı Xaç Cəmiyyətinə məlumat verildi. Biz 102 xidmətinə müraciət etdik. Qubadan Bakıya qayıdarkən- saat 18 radələrində Xaçmaz polisindın məlimat verildi ki, onları  Qubada saxlayırlar”.

N.Kərimli ehtimal edir ki, saxlanılan şəxslərin yeri barəsində məlumat verilməməsi onlara işgəncə verilməsinə dair versiyaları gücləndirir: “Beynəlxalq hüquq normalarına əsasən onlart haqqında  məlumat verilməlidir. Onlara şərait yaradılmalı idi ki, telefonla vəkili ilə əlaqə qursun. Saxlanmalar barəsində 3 gün keçsə də məlumat verilməyib. Niyə yerləri gizli saxlanır? Ehtimal var ki işgəncə verilib və ya hakimiyyəıt bütün qanunlara hörmətsizliklərini nümayiş etdirir”.

M.Hacıbəyli  də ehtimal edir ki, saxlanılan şəxslərə ağır işgəncə verilib ona görə də onların saxlandığı yeri gizli saxlayırlar: “Qanunla hər kəsin vəkillə təmin olunmaq hüququ var. Xaçmazdakı vəkillər onları   müdafiə etməkdən imtina ediblər. Müsavatin Bakıdan göndərdiyi vəkilin isə onlarla görüşünə imkan verilməyib”.

N.Kərimli saxlanılan şəxslərə cinayət işi açılacağını da istisna etmədi: “İsmayıllı hadisələrinin təşkilatçılığında günahlandırılan Tofiq Yaqublu barəsində  ən ağır cinayət əməllərindən hesab olunan 220-ci maddə ilə cinayət işi başlayıblarsa, bu şəxslər haqda da əsassız cinayət işi aça bilərlər”.

M.Hacıbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, hakimiyyətin İsmayıllı hadisələrinə görə T. Yaqublunu, Xudatda baş verən olaylara görə Xaçmaz müsavatçılarını həbs etməsi təsqadüfi deyil: “Müsavat Partiyasına qarşı hucumlar göz önündədir. Prezidentliyə namizəd  İsa Qəmbərin  Seçki Qərargahı yaradılıb və seçkilərə hazırlıq istiqamətində addım-addım işlər görülür. İndiyədək heç bir namizəd seçkilərə indidən hazırlıq görmür. Müsavat Partiyasının hədəf seçilməsinin səbəbi də budur”.

M.Hacıbəyli ölkə başçısı İlham Əliyevin İsmayıllı hadisələrindən sonra keçirdiyi müşavirədə işlətdiyi ifadələri xatırlatdı: “İlham Əliyev müşavirədə xəbərdarlıq etdi ki, harınlamış məmur övladları və məmurlar cəzalandırılacaq. Amma gördünüz ki,  İsmayıllı hadisələrinə görə əsas tutulmalı şəxslər tutulmadı. İndi də eyniylə hadisəyə səbəb olan yüksək çinli məmur yox, sadə vətəndaşlar həbs olunub.

İsa Qəmbərin müşaviri həmçinin qeyd etdi ki son vaxtlar Müsavata qarşı təzyiqlər artıb. O, İsmayıllı hadisələrinə görə Tofiq Yaqublunun, Xudat hadisələrinə görə üç müsavatçının hebs olunduğunu vurğulad. “Müsavat xalqla birləşmək istiqamətində hansı addımları atır”bn sualına isə belə cavab verdi: “Müsavat xalqla birdir. Harada mübarizə varsa, orada Müsavat var. Harada təqib varsa, orda müsavatçılar var. Bu birlik daha da inkişaf edəcək”.

Müsavat yetkilisi hüquq müdafiəçilərinə və vəkillərə də müraciət ünvanladı: “Xudatda həbs olunan insanların sizin müdafiənizə ehtiyacı var. Hakimiyyət seçki ilində represiyaları artırıb. Hüquq müdafiəçiləri də fəallığı artırmalıdırlar”.

Daha sonra hüquq müdafiəçisi Vidadi İsgəndərli çıxış edib. O deyib ki, Azərbaycanı  vaxtilə saxlandığı 14 saylı kalona bənzədir. Orada çöldən hakimiyyət Hacı Məmmədovun rolunu oynayır.  Bu ölkədə sərxoş polkovnikin, sərxoş nazir oğlunun sözü keçir”.

Daha sonra Siyasi Məhbuhlarsız Azərbaycan İctimai Birliyinin koordinatoru  Həsənov Elşən Həsənov çıxış edib. O, həbslərlə bağlı beynəxalq təşkilatlara məlumat ötürülməsinə dair təklif verib.

Sonda N.Kərimli bildirib ki, Xaçmaz rayon məhkəməsinin həbslərlə başlı qərarından apelyasiya şikayəti verilib: “Şikayətə üç gün müddətində baxılmalıdır. Məhkəmə mayın 16-sı olmalıdır”.

 Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə